Kriminal
Lənkəranda döyülən qadının anası da öldü
Lənkəranda döyülən sakinlərdən daha biri ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, döyülmə ilə xəstəxanaya yerləşdirilən 69 yaşlı Humay Qarayeva orada dünyasını dəyişib.
Xaricə qızıl külçə və pul çıxarmaq istəyənlərə iş istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyəyə qaçaqmalçılıq yolu ilə 130 min manatlıq qızıl və 190 min dollar pul aparmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı – Kamran Əhmədov, İlqar Əbilov, Elvin Yusubov və Rəşad Nəsibovun məhkəməsi keçirilib. Məlumata görə, hakim Əfqan Hacıyevim icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək K. Əhmədovun 7 il, digər şəxslərin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi
Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlın cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, prosesdə prokuror çıxış edib və onun 4 il azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
DİN 10 gündür lənkəranlıları qorxu içində saxlayan qatil-manyakla bağlı xəbər yaydı
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən qətlin və digər ağır cinayətlərin üstü qısa zamanda açılıb.
İş adamının 17 yaşlı oğlunun məhkəməsi başladı - Şəhid qızını öldürüb...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi başlayıb.
Bakıda torpağa basdırılmış odlu silah tapılıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları Bakıda gizlədilən odlu silah aşkarlayıb. Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qanunsuz saxlanılan silah-sursat müsadirə olundu
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb.
Əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktorunun məhkəməsi başlayır
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Məlumata görə, cinayət işi baxılmaq üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Fizuli Mirzəquliyevin rəhbərliyi ilə yaxın günlərdə baxılacağı bildirilir.
Gizlicə evə girdi, soyun dedi və kəndin içində...
İmişli rayonunda iki uşaq anasına təcavüz etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Cavid İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cavid İmanov yaşadığı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki evindən 1500 metr aralıda yerləşən evdə ərindən ayrılmaqla iki azyaşlı uşaqları ilə yaşayan Aydan Babayeva (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib.
Yenə İstanbul, yenə azərbaycanlılardan ibarət mafiya... - Polis əməliyyatı,VİDEO
Əlahiddə Çevik Polis Alayı: Post və marşrutlarda müxtəlif cinayətlər törətmiş 821 nəfər saxlanılıb
Əlahiddə Çevik Polis Alayında 2017-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə daxili işlər naziriRamil Usubov da iştirak edib. Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib
Ötən il avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bunu Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev 2017-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışında deyib.
Axtarışda olan keçmiş məhkumda narkotik aşkar edildi
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefon almasını bildiriblər.
Metroda cibgir saxlanıb
Metroda cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.










.jpg)



