Kriminal
Avtomobil piyadanı vurub öldürdü
Lənkəranda ötən gün axşam saatlarında avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib. “Olaylar” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Məlumata görə, Füzuliküçəsində yolu keçmək istəyən rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Gülverdi oğlu Qasımovu avtomobil vurub.O, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M. Qasımov bu gün xəstəxanada ölüb. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Taksi sürücülərinin qənimləri ələ keçdilər
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən taksi sürücülərinin mobil telefonlarını açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçirən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Vətəndaşlardan soyuq silah götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
MTN-in tutduğu şəxs həbsdə ölüb
Bakıda daha bir məhkum ölümü baş verib. Məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 1958-ci il təvəllüdlü Əliyev Fazil İsgəndər oğlu xəstəlikdən ölüb.
Axtarışda olan 19 nəfər saxlanıb
Yanvarın 23-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin gün axtarışda olduğuna görə, 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Xəstə at əti satanlar tutuldu
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub.
Gecə klubundakı kütləvi dava ilə bağlı cinayət işi başlandı - 5 nəfər saxlanıldı
Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb. Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,120.2.2 -ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verdi
Rusiyada adam öldürməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Elnur Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin E. Quluyevi cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 21 il müddətinə azadlıqdan məhrum etməsi haqqında hökmü Rusiya Ali Məhkəməsi tərəfindən təsdiqlənib və hökm qüvvəyə minib.
Piyadanı vurub öldürən avtobus sürücüsü həbs edildi
Tərtərdə ötən gün ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədən sürücü həbs edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, yanvarın 22-də saat 20 radələrində Tərtər rayon sakini Məhəmməd Əhmədov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes 208 DKB” markalı, 10-RB-130 dövlət qeydiyyat nişanlı mikroavtobusla rayonun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Firdovsi Məmişovu vurub. Nəticədə F.Məmişov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Külli miqdarda siqaret və mobil telefon aşkar olunub
Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.
Oğurluqla məşğul olan yeniyetmə tutulub
Oğurluqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hüseynov və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Cibgir keçmiş məhkum saxlanıb
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-də paytaxt sakini Fərid Babayevin cibindən 60 manat və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nihal Abbasov Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Yanan evdə 2 yaşlı uşağın meyiti tapılıb
Biləcəri dəmir yolu stansiyasının ərazisində vətəndaşa məxsus evdə yanğın baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 22-də saat 13 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində yaşayan Lətif Əliyevin taxta konstruksiyalı evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra L.Əliyevin qızı, 2 yaşlı Ayanın yanmış meyiti tapılmışdır. L.Əliyevə isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır.
“Mersedes” vuran piyada hadisə yerində ölüb
Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 22-də saat 20 radələrində Tərtər rayonunun Qaradağlı kəndində rayon sakini Məhəmməd Əhmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Firdovsi Məmişovu vurub. Piyada aldığı zərbədən hadisə yerində ölüb. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.
Estoniyada həbs edilən azərbaycanlı iş adamı azadlıqda - 10 il sonra...
2007-ci ildə Estoniyada həbs edilən azərbaycanlı iş adamı Əhliman Zeynalov bu gün azadlığa çıxıb. Bu barədə vaxtilə onun hüquqlarını müdafiə etmiş vəkili Cavanşir Süleymanov məlumat verib.














