Dayə qadın ev yiyəsindən heyfini belə çıxırmış
Bakı şəhər sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.
25 Yanvar 2018 13:38 KriminalBakı şəhər sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub. DİN-dən verilən məlumata görə, məsələ ilə əlaqədar Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindən seyfdə olan 680 manatın və noutbukun oğurlanması məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun əvvəllər həmin evdə dayə kimi çalışan qadın tərəfindən edilməsi müəyyən edilib və görülmüş tədbirlərlə Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Milli.az