Kriminal
Fahişəlik edən 3 azərbaycanlı qadın deportasiya edildi
Türkiyənin Kastamon şəhərində fahişəliklə məşğul olan üç azərbaycanlı qadın deportasiya edilib. Ötən həftə polisin keçirdiyi əməliyyat zamanı fahişəliklə məşğul olan və qadınlara bu işdə vasitəçilik edən 6 nəfər saxlanılıb. Daha sonra həmin altı şəxs haqda məhkəmə həbs qərarı çıxarıb.
Röyanın keçmiş əri İFADƏ VERDİ: "Bilmirəm hansı sənədlərə qol çəkmişəm"
"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov və "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin qardaşı Pərviz Cəlilov vəkilin suallarını cavablandırıb.
Bakıda yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib. Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.
49 ədəd "Metadon" adlı həb aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşı Afsharı Mahdı Mahmoudalıya məxsus cantaya gömrük baxışı keçirilib.
MTN generalı ifadə verdi: Günahsızam
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Dayə qadın ev yiyəsindən heyfini belə çıxırmış
Bakı şəhər sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb...
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadına qarşı quldurluq edən şəxs saxlandı
Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb. Daxili İşər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanvarın 24-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.
Daxili orqanında psixotrop maddə aşkarlandı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.
Bakıda silah satmaq istəyən iş başında yaxalandı
Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-dən “Olaylar”a bildirilib ki, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurlanıb
Bakıda türkiyəli iş adamının evi qarət edilib. Məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.
"Arvadım çox deyinirdi, boğub öldürdüm" - BAKIDA ŞOK OLAY
Yanvarın 24-nə keçən gecə Suraxanı rayonu, Əmircan qəsəbəsində 33 yaşlı kişinin keçmiş həyat yoldaşını boğaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hasil Bayramov küçəsində yerləşən mənzildə 1985-ci il təvəllüdlü Babayev Rahib Telman oğlunun 1992-ci ildə anadan olmuş Orucəliyeva Ülviyyə Sulduz qızını ailə münaqişəsi zəminində öldürdüyü məlum olub.
Salyanda 2 nəfər bıçaqlandı
Yanvarın 24-də Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə DİN Mətbuat Xidmətindən verilən mlumatda bildirilir ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanıb.
Lotu Quli Ukraynanı da ələ keçirir - Kriminal ittifaq
Lotu Quli öz emissarlarını Ukraynaya göndərib. Məlumata görə, onlar Ukraynada azərbaycanlılara məxsus restoran, kafe, ticarət mərkəzlərinin sahiblərinə Qulinin salamlarını çatdırır və onun himayəsini təklif edirlər.
Keçmiş həyat yoldaşını boğaraq öldürdü
Bakıda qətl hadisəsi törədilib. “Olaylar” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rahib Telman oğlu Babayev aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb. Hadisəni törədən R.Babayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.














