35 qadın və 2 kişi “İnterpol”un axtarışına verildi - İnsan alverinə görə
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2017-ci ildə insan alverinə görə 6 nəfər Azərbaycan vətəndaşını axtarışa verib. Məlumata görə, onlardan 5 qadın, 1-i isə kişidir.Həmin şəxslərdən 4-ü “İnterpol” kanalları ilə beynəlxalq axtarışa verilib, 2-si barəsində isə Azərbaycanda axtarış qərarı çıxarılıb.
26 Yanvar 2018 15:17 KriminalDaxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2017-ci ildə insan alverinə görə 6 nəfər Azərbaycan vətəndaşını axtarışa verib. Məlumata görə, onlardan 5 qadın, 1-i isə kişidir.Həmin şəxslərdən 4-ü "İnterpol" kanalları ilə beynəlxalq axtarışa verilib, 2-si barəsində isə Azərbaycanda axtarış qərarı çıxarılıb. DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alverinə görə ümumilikdə 37 nəfər barəsində axtarış qərarı çıxarıb. Onlardan 2-si kişi, 35-i isə qadındır. Həmin şəxslərdən 35-i "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib. Onların hamısı Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham olunurlar və barələrində cinayət işi başlanılıb.