Kriminal

Avtomobil yolu keçən piyadanı vurub öldürdü

26 Yanvar 2018 17:21

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, yanvarın 25-də saat 21 radələrində Salyan rayonunun Xələc kəndində Şəkərli kənd sakini Elxan Əliyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Həsənli kənd sakini Rəşad Xanəliyevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avtomobillə traktor toqquşub - ölən var

26 Yanvar 2018 16:44

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baç verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 25-də saat 19 radələrində Tərtər rayonunun Qaradağlı kəndində Xocalı rayon sakini Mahir Zamanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Tərtər şəhər sakini İxtiyar Rüstəmovun idarə etdiyi “YUMZ-6” markalı traktor toqquşmuşdur. Nəticədə M.Zamanov xəstəxanaya aparılarkən yolda ölmüşdür. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Qanunsuz saxlanılan silah-sursat götürülüb

26 Yanvar 2018 16:42

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 25-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Bağırov saxlanılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

26 Yanvar 2018 16:41

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 2 kiloqramdan artıq heroin, 8,5 kiloqramdan çox tiryək və 1,3 kiloqrama yaxın marixuana götürülüb. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin götürülüb.

Piyadanı vurub qaçan sürücü tutuldu

26 Yanvar 2018 16:19

Yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib.Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

DİN: Şəkidə maskalı şəxslərin yanacaqdoldurma məntəqəsinə basqını ilə bağlı cinayət işi başlanıb

26 Yanvar 2018 15:19

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Olaylar”a verilən məlumatda bildirilir ki, yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə informasiya daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

35 qadın və 2 kişi “İnterpol”un axtarışına verildi - İnsan alverinə görə

26 Yanvar 2018 15:17

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2017-ci ildə insan alverinə görə 6 nəfər Azərbaycan vətəndaşını axtarışa verib. Məlumata görə, onlardan 5 qadın, 1-i isə kişidir.Həmin şəxslərdən 4-ü “İnterpol” kanalları ilə beynəlxalq axtarışa verilib, 2-si barəsində isə Azərbaycanda axtarış qərarı çıxarılıb.

Polis narkotik alverçilərini yaxaladı

26 Yanvar 2018 13:04

Yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 2 kiloqramdan artıq heroin, 8,5 kiloqramdan çox tiryək və 1,3 kiloqrama yaxın marixuana götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov məlumat verib.

Sumqayıtda 10 ədəd elekrik sayğacı yanıb

26 Yanvar 2018 12:26

Sumqayıt şəhərində ümumi sahəsi 90 m2 olan yarımstansiyada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə yarımstansiyanın çöl divarına quraşdırılımış 10 ədəd elektrik sayğacı, 1 ədəd elektrik açarı və 6 p.m kabel yanıb. Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıb

26 Yanvar 2018 12:02

Azərbaycanın daxili işlər orqanlarının ötən gün qeydə aldıqları cinayət faktları və hadisələrin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, ötən gün 123 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Bakıda polisə silahlı müqavimət göstərən şəxs öldürülüb

26 Yanvar 2018 11:55

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib.

Mirşahinin qardaşına hökm oxundu

25 Yanvar 2018 18:01

Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Fahişəlik edən 3 azərbaycanlı qadın deportasiya edildi

25 Yanvar 2018 17:23

Türkiyənin Kastamon şəhərində fahişəliklə məşğul olan üç azərbaycanlı qadın deportasiya edilib. Ötən həftə polisin keçirdiyi əməliyyat zamanı fahişəliklə məşğul olan və qadınlara bu işdə vasitəçilik edən 6 nəfər saxlanılıb. Daha sonra həmin altı şəxs haqda məhkəmə həbs qərarı çıxarıb.

Röyanın keçmiş əri İFADƏ VERDİ: "Bilmirəm hansı sənədlərə qol çəkmişəm"

25 Yanvar 2018 17:21

"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov və "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin qardaşı Pərviz Cəlilov vəkilin suallarını cavablandırıb.

Bakıda yaşayış binasında yanğın olub

25 Yanvar 2018 15:21

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib. Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.