Kriminal
Avtobus piyadanı vurub öldürüb
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Əflatun Cəfərov idarə etdiyi “İsuzi” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Dəmir yolu vağzalında heroin satmaq istəyən yaxalandı
Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Narkotiklərə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, Azər Bayramov Bakı Dəmir Yolu Vağzalının ərazisində şübhəli şəxs qismində saxlanılıb. Bu haqda “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakıda oğuru qadın saxlanıb
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.
Prokurorluq dələduz vəkilin həbs olunmasını istəyir
Vəkillər Kollegiyasının sabiq üzvü Əfsər Talıbovun cinayət işi üzrə məhkəmə prosesin keçirilib. Əfsər Talıbov Mehman Səmədovun 22 min 900 manatını dələduzluq yolu ilə ələ keçirib. Məlum olub ki, Əfsər Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olmasını, yalandan satmasını bildirib.
Yolun buz bağlaması qəzaya səbəb olub
Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib. “Olaylar” xəbər verir ki, “Mercedes”, “Hundai” və “Renault” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Qurbanov Qəyyum Novruz oğlu və 1992-ci il təvəllüdlü Qurbanov Orxan İlqar oğludur. İkincinin vəziyyəti ağırdır.
Bakıda “KamAZ” aşıb-yaralanan var
Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, avtoqəza Nobel prospektində qeydə alınıb.Belə ki, 1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu “KamAZ” markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.
Axtarışda olan 25 nəfər tutulub
2018-ci il yanvar ayının 27-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən gün ərzində 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Paytaxtda bıçaqlanma hadisəsi baş verib
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə paytaxtın NZS qəsəbəsində qeydə alınıb. Belə ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
26 yaşlı müəllimə intihar etdi
Oğuz rayon Bayan kəndində iki uşaq anası intihar edib. Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Qəribə Mikayılova yaşadığı evin həyətində asılmış halda aşkar edilib.
Supermarketdə işləyən 17 yaşlı qızdan şok fırıldaq - BAKIDA QƏRİBƏ
Bakıda supermarketdən bonus kartları vasitəsi ilə xeyli oğurluq edilməsi faktının üstü açılıb. Xətai rayonu ərazisində yerləşən "Meqastore" mağazasına məxsus ofisdən polisə oğurluq faktı ilə bağlı müraciət daxil olub.
"Qırmızı kitab"a düşən quşları ovlayanlar tutuldu
Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb. Məlumata görə, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.
İnternetdə tanış olduğu qadın kişinin başına oyun açdı – Cinayət
Bakının Yasamal rayonunda internetdə tanış olduğu qadın kişinin başına oyun açıb. Yanvarın 25-də axşam saatlarında Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis İdarəsi 27-ci polis bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.
Azərbaycanlı İŞİD-çilərə ağır cəza
Bakı Apelyasiya Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətindən imtina edildiyi elan olunub, apellyasiya icraatına xitam verilib.
Dünya səviyyəsində axtarılan AZƏRBAYCANLI insan alverçiləri-FOTOLAR
2017-ci ilin yekunu üzrə insan alveri cinayət əməllərinə görə axtarışda olan təqsirləndirilən şəxslərin foto şəkillərini yayımlanıb. Bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi məlumat verib.
Bakıda ŞOK OLAY: İnternetdə tanış olduğu qadınla evə gəldi və...
Bakıda maskalı şəxslər evə basqın edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.














