Külli miqdarda narkotik müsadirə olunub
Yanvarın 28-da polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
29 Yanvar 2018 14:23 KriminalYanvarın 28-da polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səkinə Əliyeva olduğu məlum olub. Baxış zamanı ondan heroin götürülüb. Əməliyyat yolu ilə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini ona satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədzadə də saxlanılıb. Ondan 0,288 qram, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 170 qram heroin aşkar edilib. Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.