Kriminal
Azərbaycandan İrana qanunsuz keçmək istəyən Özbəkistan vətəndaşları saxlanılıb
Dövlət Sərhəd Xidmətitərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu istiqamətində sahildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) müşahidə olunub, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram marixuana, 1415 qram həşiş aşkarlanıb.
Əlil qumbara götürüb şəhərə çıxdı və...
Qanunusuz silah saxlamaqda, xuliqanlıqda və quldurluq etməkdə təqsirli bilinən İsmayıllı rayon sakini, 1969-cu il təvəllüdlü Zakir Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Nardaran sakini tüfəngi polisə təhvil verib
Nardaran qəsəbə sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Abasəli Əbdülov nömrəsi silinmiş “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Quldurluq edən Bakı sakinləri saxlanıblar
Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri saxlanıblar. DİN-dən “Olaylar”a veriln məlumata görə, yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb.
Avtomobil qaçıran şəxs saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarin 27-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.İsmayılova “Jeep-Compas” markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib.
Polis əməliyyat keçirdi - silah sursat götürülüb
Yanvarın 27-28-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Süleyman Seleymanovun evinin yaxınlığında basdırdığı nömrəsi silinmiş “AK-74” markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
Azərbaycan 22 qanunsuz miqrant saxlanılıb
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10 nəfər Türkiyə Respublikası, 7 nəfər Pakistan İslam Respublikası, 4 nəfər Hindistan Respublikası və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 22 əcnəbi saxlanılıb.
Külli miqdarda xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdlərin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdikdən sonra üzərində bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilib.
Daxili orqanında narkotik vasitə keçirmək istədi
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında 1 bükümdə, xalis çəkisi 4,424 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Balakəndə narkotik əməliyyatı
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanılıblar.
Külli miqdarda narkotik müsadirə olunub
Yanvarın 28-da polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
Moskvada Azərbaycan vətəndaşı öldürülüb
Rusiya paytaxtında Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib.
Avtobus piyadanı vurub öldürüb
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Əflatun Cəfərov idarə etdiyi “İsuzi” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Dəmir yolu vağzalında heroin satmaq istəyən yaxalandı
Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Narkotiklərə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, Azər Bayramov Bakı Dəmir Yolu Vağzalının ərazisində şübhəli şəxs qismində saxlanılıb. Bu haqda “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakıda oğuru qadın saxlanıb
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.














