Quldurluq edən Bakı sakinləri saxlanıblar
Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri saxlanıblar. DİN-dən “Olaylar”a veriln məlumata görə, yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb.
29 Yanvar 2018 17:27 KriminalQuldurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri saxlanıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa vaxtda müəyyən ediliblər. Paytaxt sakinləri Əhliman Abbasov və Samir Əzimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.