Avtomobil qaçıran şəxs saxlanıb

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarin 27-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.İsmayılova “Jeep-Compas” markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib.

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarin 27-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.İsmayılova "Jeep-Compas" markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda qeyd olunan avtomobil N.Yusifbəyli küçəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla həmin avtomaşını qaçırmaqda şübhəli bilinən şəxsin Daşkəsən rayon sakini Emil İsmayılov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31