"Qırmızı kitab"a düşən quşları ovlayanlar tutuldu

Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb. Məlumata görə, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.

Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb. Məlumata görə, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.

Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kəndoba kəndinin sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu qanunsuz ov etdiklərinə görə saxlanılıblar.

Həmin şəxslər adları "Qırmızı kitab"a düşən quşları ovlayıblar. Saxlanılanlardan 3 ədəd ov tüfəngi götürülüb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31