Kriminal
Rusiya və Azərbaycanda axtarışda olan kişi və qadın istirahət mərkəzində tutuldular
Əlildən ŞOK ƏMƏL: gecə yarısı gizlicə bacısının yanına getdi və... - CƏLİLABADDA DƏHŞƏT
Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü, 3-cü qrup əlil Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Əli Əliyev həmkəndlisi, Cəlilabad rayonu Sərhədabad kənd sakini Nemət Astanovun onun kəndlərində ailəsi ilə yaşayan bacısı Aynurə ilə intim münasibətdə olmaq niyyətində olmasını hiss edib. İntim münasibətdə olmasından şübhələndi
Ucarda ata və oğul bıçaqlandı - Ata öldü
Ucarda ata və oğul bıçaqlanıb. Hadisə ötən gecə 23:30 radələrində rayon ərazisində baş verib. Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Şıxlinskaya 8 milyonluq iddiadan danışdı: Mənlik deyil
L.Şıxlinskaya bildirib ki, cinayət işi ona yox, klinikada baş vermiş mənimsəmə və külli miqdarda vergidən yayınma faktlarına görə başlanılıb: “Hələlik araşdırmalar aparılır. Baxaq görək nəticəsi nə olur, kim təqsirli olacaq?! Ondan sonra konkret söz demək olar. Klinikada mühasibatlıq çox özbaşınalıqlar edib. Mən də bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mənim klinikanın idarə edilməsində, sənədlərə qol çəkilməsində heç bir səlahiyyətim olmayıb. Yalnız adım klinikanın adında qeyd edilib, vəssəlam. Mənim barəmdə cinayət işinin açılması söhbəti yalandır”.
Həbsdə olan şair məhkəməyə müraciət etdi
Həbsdə olan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Şair müraciətini Nizami rayon Məhkəməsinə təqdim edib. Vəkili Fəxrəddin Mehdiyev qeyd edib ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub, ona verilən 5 il həbs cəzasının iki ilini çəkib: “Onun indiki halda azadlığa buraxılması mümkündür”. Şairin ərizəsi məhkəməyə təqdim olunsa da, işə hansı hakimin baxacağı və məhkəmənin vaxtı hələlik məlum deyil.
Lənkəranskinin qardaşı: Rövşənlə bir şəklim də yoxdur
Bir müddət öncə Lotu Quliyə sui-qəsddə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, azərbaycanlı qanuni oğru Hacı Beylaqanski kimi tanınan Hacıbaba Talıbxanlı və digər iki azərbaycanlının məhkəməsi başa çatıb.
24 yaşlı oğlan 13 yaşlı bacısı qızını dəfələrlə zorladı - Bakıda BİABIRÇI HADİSƏ
Bakıda azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb. Bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub. Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.
Nardaran sakini silahını polisə könüllü təhvil verib
Daha bir Nardaran sakini silahını polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ağasəməd Novruzov “İJ-16” markalı tüfəngi könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Banka basqın edən tərkisilah edilib
Yanvarın 18-də paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edərək, vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxs cinayət başında yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Fədayə Laçının apellyasiya şikayəti təmin edilmədi
Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə onun vəkili Türkel Süleymanlı məlumat verib.Onun sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, F.Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
Evi qarət edən qadının qolları qandallanıb
Bakıda mənzildən 5000 dollar oğurlayan qadın tutulub. DİN-dən “Olaylar”a veriln mlumata görə, yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.
Avtomobil piyadanı vurub 50 metr kənara atdı
Abşeronda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, əslən Füzuli rayonundan olan 1980-ci il təvəllüdlü Ocaqverdiyev Mahir Bayram oğlu Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.
Fermada qətl - Şamaxı sakini qonşusunu güllələdi
Şamaxı rayonunda qətl hadisəsi törədilib. Məlumata görə, hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirbala oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyib.
Ticarət mərkəzi alovlandı, sahibkar diri-diri YANDI - Azərbaycanda DƏHŞƏTLİ OLAY
Keçmiş MTN-in şöbə rəisi məhkəmədə rüşvət almadığını deyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.














