Polis Gəncədə 16 kq narkotik müsadirə etdi

Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.

Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31