Kriminal
Evdən pul və qızıl aparan saxlanıb
Gədəbəy rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Allahverdi Musayev saxlanılıb. Araşdırma aparılır.
Dələduzluqda ittiham olunan şəxs HƏBS EDİLDİ
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədov həbs edilib. Bu barədə report-a Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, R.Əhmədov Bakı Apellyasiya Məhkəməsində keçirilən bir neçə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış qərarı çıxarıb. Ötən gün isə o, həbs edilib və Bakı İstintaq Təcridxanasına köçürülüb.
Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı - Müştəriləri məşhurlardır
İstanbulda Beşiktaş, Şişli, Cihangir, Nişantaşı və Beyoğlundakı elit gecə klublarında narkotik satan və lideri azərbaycanlı olan dəstə yaxalanıb. İstanbul Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları dəstəni 6 ay boyunca təqib edib. Şübhəlilərin hər addımını izləyən polis 7 nəfərlik dəstənin liderinin azərbaycanlı Seymur R. olduğunu təsdiqləyib.
Astarada tiryək əməliyyatı keçirilib
Astara rayonunda 3 kq tiryək dövriyyədən çıxarılıb. Məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, 37 yaşlı Ramin Kərim oğlu Quliyevin üzərindəki bağlamada 1 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxsin evində keçirilən baxış zamanı zirzəmidən daha 2 kq narkotik tiryək aşkarlanaraq götürülüb.
Bərdə sakini həmyerlisini bıçaqlayıb
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, 1996-ci il təvəllüdlü rayon sakini Həsənov Səyyaf Cəsarət oğlu həmyerliləri tərəfindən bıçaqlanıb. Yaralı gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirir. Araşdırma aparılır.
"Qoca"nın qaçmasına kömək etməkdə təqsirləndirilən qadın və taksi sürücüsündən XƏBƏR VAR
Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Kamran Əliyev: "Korrupsiyaya görə 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb"
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: "Şikayətlərin çoxu bank və tikinti sektorları ilə bağlıdır"
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 məsələ istintaq olunur. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
Azərbaycanda korrupsiya əməlinə görə 44 nəfər axtarışdadır
Azərbaycanda korrupsiya əməlinə görə barələrində cinayət işi başladılan 44 nəfər axtarışdadır. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
Azərbaycanda 305 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işlərinin istintaqı tamamlandı
Ötən il Azərbaycanda 305 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işlərinin istintaqı tamamlanıb. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
Korrupsiyaya görə ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub
Ötən il korrupsiya cinayətləri ilə bağlı ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
27 yaşlı oğlan bacısının gözü qarşısında azyaşlını evə saldı...
Biləsuvar rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qüdrət Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dünya çempionunu qətlə yetirən Anarın atası öldürüldü - Təsadüf, yoxsa qəsd?
Ukraynada Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub
Ukraynada Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub. Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev bildirib ki, 2017-ci il dekabrın 11-də Kiyevdə axşam saatlarında yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib
Azərbaycanda dini ədəbiyyatın qanunsuz satışı ilə məşğul olan şəxslər barəsində tədbir görülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində “Dini etiqad azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.













