Evi qarət edən qadının qolları qandallanıb

Bakıda mənzildən 5000 dollar oğurlayan qadın tutulub. DİN-dən “Olaylar”a veriln mlumata görə, yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.

Bakıda mənzildən 5000 dollar oğurlayan qadın tutulub. DİN-dən "Olaylar"a veriln mlumata görə, yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib. Yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Araşdırmalarla mənzildən 5000 ABŞ dollarının ötən ilin noyabr ayının 28-dən dekabr ayının 20-dək olan müddətdə oğurlanması məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xəyalə Vəliyeva müəyyən edilərək saxlanılıb, istintaqa təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31