Kriminal

Külli miqdarda içki və siqaret müsadirə edilib

18 Yanvar 2018 11:20

Gürcüstanla sərhəddə aksiz markasız xeyli içki və siqaret müsadirə olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu yaxınlığındakı "Avtovağzal" adlanan ərazidə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.

Qadının çantasından pul aparan keşmiş məhkum saxlanıb

17 Yanvar 2018 18:06

Paytaxt sakini olan bir qadının çantasından pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıblar.

Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib

17 Yanvar 2018 18:05

Maştağa qəsəbəsindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 27-dən cari il yanvarın 15-dək olan müddətdə Maştağa qəsəbəsindəki evlərin birindən 120 manat, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Zirəddinzadə saxlanılıb.

Evlərə qənim kəsilən şəxs tutulub

17 Yanvar 2018 17:42

Xaçmaz rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 3 ədəd rəsm əsəri, 2 ədəd çıl-çıraq, 1 ədəd DVD, 1 ədəd laqonda və yataq dəsti oğurlamaqda şübhəli bilinən Müqtədir qəsəbə sakini Məhəmməd Yusifov saxlanılıb.

General Novruzəli Orucovun oğluna hökm oxunur

17 Yanvar 2018 17:25

Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Xaçmazda avtomobil oğrusu ələ keçib

17 Yanvar 2018 16:22

Xaçmaz rayonu ərazisində iki avtomobildən oğurluq törətməkdə şübhəli bilinən Xudat şəhər sakini A.İsayev saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-12-də rayon ərazisində iki avtomobildən maqnitofon, monitor və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakini Ağamurad İsayev saxlanılıb. Araşdırma aparılır.

Evdən pul və qızıl aparan saxlanıb

17 Yanvar 2018 16:21

Gədəbəy rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Allahverdi Musayev saxlanılıb. Araşdırma aparılır.

Dələduzluqda ittiham olunan şəxs HƏBS EDİLDİ

17 Yanvar 2018 13:52

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədov həbs edilib. Bu barədə report-a Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, R.Əhmədov Bakı Apellyasiya Məhkəməsində keçirilən bir neçə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış qərarı çıxarıb. Ötən gün isə o, həbs edilib və Bakı İstintaq Təcridxanasına köçürülüb.

Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı - Müştəriləri məşhurlardır

17 Yanvar 2018 13:10

İstanbulda Beşiktaş, Şişli, Cihangir, Nişantaşı və Beyoğlundakı elit gecə klublarında narkotik satan və lideri azərbaycanlı olan dəstə yaxalanıb. İstanbul Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları dəstəni 6 ay boyunca təqib edib. Şübhəlilərin hər addımını izləyən polis 7 nəfərlik dəstənin liderinin azərbaycanlı Seymur R. olduğunu təsdiqləyib. 

Astarada tiryək əməliyyatı keçirilib

17 Yanvar 2018 12:46

Astara rayonunda 3 kq tiryək dövriyyədən çıxarılıb. Məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, 37 yaşlı Ramin Kərim oğlu Quliyevin üzərindəki bağlamada 1 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxsin evində keçirilən baxış zamanı zirzəmidən daha 2 kq narkotik tiryək aşkarlanaraq götürülüb.

Bərdə sakini həmyerlisini bıçaqlayıb

17 Yanvar 2018 12:44

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, 1996-ci il təvəllüdlü rayon sakini Həsənov Səyyaf Cəsarət oğlu həmyerliləri tərəfindən bıçaqlanıb. Yaralı gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirir. Araşdırma aparılır.

"Qoca"nın qaçmasına kömək etməkdə təqsirləndirilən qadın və taksi sürücüsündən XƏBƏR VAR

17 Yanvar 2018 12:02

Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Kamran Əliyev: "Korrupsiyaya görə 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb"

17 Yanvar 2018 11:35

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: "Şikayətlərin çoxu bank və tikinti sektorları ilə bağlıdır"

17 Yanvar 2018 11:32

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 məsələ istintaq olunur. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.