Piyadanı vuraraq qaçan sürücü tutulub
Yanvarın 14-də Balakən rayon, Tülü kənd sakini Nurlan Sabirovun ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, araşdırmalarla Nurlan Sabirovun həmin gün saat 23.00 radələrində Talalar kəndində müəyyən edilməyən avtomobillə vurulması və xəstəxanaya yerləşdirilməsi müəyyənləşib.
18 Yanvar 2018 12:49 KriminalYanvarın 14-də Balakən rayon, Tülü kənd sakini Nurlan Sabirovun ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, araşdırmalarla Nurlan Sabirovun həmin gün saat 23.00 radələrində Talalar kəndində müəyyən edilməyən avtomobillə vurulması və xəstəxanaya yerləşdirilməsi müəyyənləşib. Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Audi" markalı avtomaşınla törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Xalatala kənd sakini Şaban Dibirov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.