Qohumunu qətlə yetirən saxlanıb
Saray qəsəbəsindən baş verən qətlin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.
18 Yanvar 2018 16:00 KriminalSaray qəsəbəsindən baş verən qətlin üstü açılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in "102 Xidməti-Zəng Mərkəzi"nə məlumat daxil olub. Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb. Faktla əlaqədar cinayət işi başlanıb. V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.