Ticarət mərkəzi alovlandı, sahibkar diri-diri YANDI - Azərbaycanda DƏHŞƏTLİ OLAY

Hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsada da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.

Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31