Qeydiyyatdan keçməyən 400 ədəd dini ədəbiyyat müsadirə edilib
Paytaxtda qeydiyyatdan keçməyən dini ədəbiyyatın satılması faktı aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunun Sülh küçəsində yerləşən “Ənsar” mağazasına baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 400 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.
18 Yanvar 2018 16:46 KriminalPaytaxtda qeydiyyatdan keçməyən dini ədəbiyyatın satılması faktı aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunun Sülh küçəsində yerləşən "Ənsar" mağazasına baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 400 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb. Mağazanın satıcısı, Bakı şəhər sakini Ruhiyyə Mehdiyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.2.-ci maddəsi ilə protokol tərtib edilib.