Polis əməliyyat keçirdi, axtarışda olan 27 nəfər tutuldu

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31