Kriminal

Taleh Bağırovun silahdaşına CƏZA TƏLƏBİ

27 Fevral 2018 17:27

Müsəlman Birliyi Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Əhsən Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İki uşaq anasını zorlayıb öldürən idmançıya AĞIR CƏZA

27 Fevral 2018 16:51

Sumqayıt şəhərində qadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Fəttah Nuriyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt sakini atasını bıçaqladı

27 Fevral 2018 13:57

Sumqayıt sakini atasını və daha iki nəfəri bıçaqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 25-də şəhər sakinləri Emin Ömərə və İbrahim Cəfərova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Hüseynov saxlanılıb.

Narkobarondan 10 kq tiryək götürülüb

27 Fevral 2018 13:55

Azərbaycanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə olan tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.

Prokuror sürücüyə cəza istəyib

27 Fevral 2018 13:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, E. Musayevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Bir neçə rayonda çoxsaylı oğurluq edən DƏSTƏ ƏLƏ KEÇDİ

27 Fevral 2018 13:19

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri zamanı bir neçə rayonun ərazisində oğurluqlar törədən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon Xırmandalı kənd sakini Şəmsəddin Qasımov DİN-in “102” xidməti-zəng mərkəzi və Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazanın qapısını sındırmaqla oradan 150 manat pul oğurladığını bildirib.

5 yaşlı uşağı zorla soyundurdu, qeyri-təbii yolla əlaqəyə girdi, sonra... - Şabranda DƏHŞƏT

27 Fevral 2018 11:22

Şabran rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rəşad Şövlətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Gündəlik Bakı" qəzetinin baş redaktoruna CƏZA TƏLƏBİ

27 Fevral 2018 11:19

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Habil Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.

Azərbaycanda oğul yaşlı anasını amansızlıqla qətlə yetirdi

27 Fevral 2018 09:14

Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.