Ev sahibini bıçaqla hədələyənlər tutulublar
Gəncədə vətəndaşlara hədə-qorxu gələn şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 26-da Nizami (Gəncə) rayonunun Avtozavod qəsəbəsində kirayədə yaşayan Mingəçevir şəhər sakini Bəhruz Mikayıllının evinə girmiş 2 nəfər naməlum şəxs B.Mikayıllının qayıtdığını və qonşularını gördükdə onları tapançaya bənzər əşya və bıçaqla hədələyib.
27 Fevral 2018 17:35 KriminalGəncədə vətəndaşlara hədə-qorxu gələn şəxslər saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 26-da Nizami (Gəncə) rayonunun Avtozavod qəsəbəsində kirayədə yaşayan Mingəçevir şəhər sakini Bəhruz Mikayıllının evinə girmiş 2 nəfər naməlum şəxs B.Mikayıllının qayıtdığını və qonşularını gördükdə onları tapançaya bənzər əşya və bıçaqla hədələyib. Lakin sonuncular tərəfindən saxlanılaraq polisə təhvil veriliblər. Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən onların Goranboy rayon sakini Elxan Yaqubov və Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Adil Nuriyev olmaları müəyyən edilib, onlardan tapançaya bənzər alışqan, 3 ədəd bıçaq, 1 ədəd ambur, 2 cüt əlcək, kəndir, habelə evdən oğurladıqları 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Gəncə şəhər BPİ tərəfindən araşdırma aparılır.