Kriminal
Azərbaycanda güclü partlayış: yaralananlar var
Narkobaron qaçdı, polis arxasınca düşdü - Azərbaycanda film kimi olay
Nazirin də öz agenti olub - MTN generalı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində çıxarılmış hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Azərbaycanlı qadınları fahişəliyə cəlb edən müğənni axtarışa verildi - RƏSMİ
Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ölkə vətəndaşı olan qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı məlumat yayıb. Fevralın 26-da idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib. Hazırda T.Muradovanın tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.
DİN Südabə Həsənovanın qardaşı oğlunun həbsi haqda
Bir neçə gündür ki, mətbuatda Bakı sakini Mehriban Rəhmənovanın kirayənişini tərəfindən aldadılması – ev əşyaların satılması və sözügedən mənzildə səfil həyatı sürməsi ilə bağlı çeşidli yazılar dərc edilirdi.
Silsilə oğurluqla məşğul olan şəxslər tutulublar
Oğurluqda şübhəli bilinən şəxslər saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il fevralın 5-dək olan müddətdə 5 evdən, habelə 2 avtomobildən akkumulyator, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Ceyhun Mərdanov və əvvəllər məhkum olunmuş Vüsal Qurbanov saxlanılıblar.
Orta məktəbdən 10 kompüter aparanın əlləri qandallanıb
Orta məktəbdən oğurluq etməkdə şübhəli bilinən Saray qəsəbə sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Saray qəsəbəsindəki orta məktəblərin birindən 10 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Roman Qafarov saxlanılıb. Hazırda onun digər cinayət hadisələrində iştirakı məsləsi araşdırılır.
Quldurluq edən əcnəbi vətəndaş saxlanıb
Quldurluqda şübhəli bilinən dəstə üzvləri ələ keçiblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini olan 1 nəfərin 100 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Xaçmaz rayon sakini Kamran Nəsrullayev, Qusar rayon sakini Radik Həsrətov və əcnəbi vətəndaş Tural Əlyarov saxlanılıblar. Araşdırma aparılır.
Avtomobildən oğurluq edən yaxalanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini yaxalaıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də rayon ərazisindəki 1 avtomobildən 200 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev saxlanılıb. Araşdırma aparılır.
Bankomatdan pul oğurlayan ələ keçib
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də paytaxt sakini olan 1 nəfərin bankomat kartından 150 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tərlan Salayev saxlanılıb. Ondan 0,153 qram metamfetamin götürülüb.














