Kriminal

Bakıda keçmiş məhkumlar boğazlarını kəsdi

24 Fevral 2018 09:46

Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb. Hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib. 1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb. E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.

Mağazalara qənim kəsilən şəxslər yaxalanıb

23 Fevral 2018 17:04

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Masallı RPŞ və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Masallı rayonunun Xırmandalı kəndindəki mağazalardan birindən 150 manat pul oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini İsa Quliyev, Həsənli kənd sakinləri Fərhad Fərəcov və Xəlil İsmayılov saxlanılmışlar.

Avtomobil yolu keçən piyadanı vurub öldürdü

23 Fevral 2018 17:03

Sumqayıt şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 23-də saat 1 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Kənan Nəsirov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Məmməd Balayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

23 Fevral 2018 17:02

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, məlumatla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub.

“Zil” yolun kənarında dayanmış piyadanı vurub

23 Fevral 2018 17:01

Balakən rayonunun Katex kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində Balakən rayonunun Katex kəndində rayon sakini Şaban Cöngözov idarə etdiyi “Zil” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobillə yolun kənarında dayanmış həmyerlisi Fərhad Ömərovu vurmuş və piyada hadisə yerinə ölmüşdür. Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Beyləqanda abtomobil toqquşub: ölən və yaralanan var

23 Fevral 2018 16:58

Beyləqan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakinləri Kənan Mirzəlinin idarə etdiyi “BMW” və Etibar Abdullayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Abdullayev və sərnişini Arif İmrəliyev hadisə yerində ölmüş, K.Mirzəli və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Şəmkirdə qətl törədən şəxs tutulub

23 Fevral 2018 16:57

Şəmkirdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 21-də saat 23 radələrində Şəmkir şəhərinin ərazisində Ayvaz İsgəndərov şəhər sakini Arif Yusifovun idarə etdiyi “VAZ-2105” markalı avtomobilə sərnişin qismində oturub yaşadığı İrmaşlı kəndinə gedəcəyini bildirmişdir.

Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb

23 Fevral 2018 14:22

Ukraynada mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri olan azərbaycanlı saxlanılıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mətbuat xidməti məlumat yayıb.

Bakıda gəncə qarşı İNANILMAZ VƏHŞİLİK - restoranın havalandırma sisteminə atdılar - VİDEO (YENİLƏNDİ)

23 Fevral 2018 13:55

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən bildirilib ki, hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib və tüstü bacasına düşən şəxs xilas edilib. Həmin şəxsin kimliyi və hazırki vəziyyəti barədə məlumat verilmir.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü həbs edilib

23 Fevral 2018 12:10

Balakən rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.