Kriminal
Məmur qohumu məhkəmə zalında həbs edildi
Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Emil Hüseynov 9 il cəza alıb. O məhkəmə zaləndan həbs edilib. İttihama görə, təqsirləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova (keçmiş Nəqliyyat nazirinin müavinin oğlu-red.) verib.
AzTV sədrini öldürmək istəyən şəxs MƏHKƏMƏ QARŞISINDA
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
1997-сi ildə Ziya Bünyadovun əvəzinə hansı siyasi lider öldürüləcəkmiş?
Çempionu öldürən həbsxanaya göndərildi - QƏRAR
Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Əlifağa Məmmədovun barəsində olan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Əlifağa Məmmədovun cəzasının yüngülləşdiriıməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Moskvada biznesmen Anar Əliyevi güllələdilər
Bu gün Moskvada naməlum killer tərəfindən güllələnən azərbaycanlı biznesmen Anar Əliyev xəstəxanada keçinib.
Lotu Qulinin qətli sifariş edildi - Rusiya KİV
Ötən il dekabrın 22-də İstanbulda güllələnən David Alxanaşvilinin (kriminal aləmdə Dato Pankisski kimi tanınırdı) qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.
Prokuror MTN generallarının rütbələrinin alınmasını, DTX-ya dəyən 1 milyon manat ziyanın ödənməsini istəyib
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu gün keçirilmiş məhkəmə prosesində prokuror sabiq MTN generallarının rütbələrindən məhrum edilməsi ilə bağlı ölkə başçısına təqdimat verilməsini istəyib.
“Nissan” vuran piyada xəstəxanada ölüb
Sabunçu rayonunun Nardaran qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 21-də saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Həsən Əsgərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi Xeyrulla Abusalamovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırmar aparılır.
Oğrular saxlanılaraq istintaqa təhvil verilib
Bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Avtomobil qaçıranlar ələ keçiblər
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 20-də Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov küçəsindən Bakı şəhər sakini Elşən Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri Fərhad Salayev və Orxan Pirverdiyev saxlanılıblar.
Televizor oğruları saxlanıb
Xudatda iki televizor oğrusu saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, fevralın 2-də Xaçmaz rayon Xudat şəhər sakini Ruslan Müzəffərov RPŞ-yə ərizə ilə müraciət edərək Qaraqurtlu kəndində Rusiya Federasiyasında yaşayan qohumuna məxsus evdən 1.000 manat dəyərində “Samsung” markalı televizorun oğurlanmasını bildirib.
Alt paltarında narkotik aşkar edildi
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Bakıda mal-qara oğruları saxlanıb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri zamanı rayonun ayrı-ayrı kəndlərindən vətəndaşlara məxsus mal-qaraları oğurlayan şəxslər saxlanılıb.
Prokuror xanım generala və digərlərinə cəza istəyəcək - sonuncu "MTN işi"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edir.
Bakıda İraq aviaşirkətinin menecerini qətlə yetirən şəxsə 18 il həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı "Dəmirçi Plaza"da qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E. Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.














