Şəmkirdə qətl törədən şəxs tutulub

Şəmkirdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 21-də saat 23 radələrində Şəmkir şəhərinin ərazisində Ayvaz İsgəndərov şəhər sakini Arif Yusifovun idarə etdiyi “VAZ-2105” markalı avtomobilə sərnişin qismində oturub yaşadığı İrmaşlı kəndinə gedəcəyini bildirmişdir.

Şəmkirdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 21-də saat 23 radələrində Şəmkir şəhərinin ərazisində Ayvaz İsgəndərov şəhər sakini Arif Yusifovun idarə etdiyi "VAZ-2105" markalı avtomobilə sərnişin qismində oturub yaşadığı İrmaşlı kəndinə gedəcəyini bildirmişdir. İrmaşlı kəndinin ərazisində A.Yusifov ilə A.İsgəndərov arasında gediş haqqının ödənilməsi ilə əlaqədar münaqişə baş vermiş və sonuncu A.Yusifova kəsici alətlə çoxsaylı xəsarət yetirərək hadisə yerini tərk etmişdir. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Yusifov orada ölmüşdür.Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsgəndərov saxlanılmışdır. Araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31