Kriminal

Taleh Bağırov və digərlərinin şikayəti üzrə məhkəmə başlayıb

22 Fevral 2018 12:16

Bu gün Ali Məhkəmədə “Müsəlman Birliyi” adlanan hərəkatın həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən üç nəfər -Şamil Abduləliyev, Abbas Quliyev və Abbas Hüseynov məhkəməyə ərizə ilə müraciət edərək iclasda iştiraklarının təmin edilməsini istəyiblər. Məhkəmə iclası buna görə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Yeyib-içdi, ofisiant xanımı və 3 polis əməkdaşını... - QUBADA

22 Fevral 2018 11:45

Quba rayonunda xuliqanlıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Əli Daşdəmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb

21 Fevral 2018 16:25

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb. Məlumata görə, faktla bağlı Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə məsuliyyət daşıyan şəxslərin ifadələrinin alınması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.   

DƏHŞƏTLİ CİNAYƏT: 5-ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdü

21 Fevral 2018 15:28

Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təbvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Avtomobil vuran piyada xəstəxanada ölüb

21 Fevral 2018 14:21

Bakı şəhərində yolu keçən piyadanı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, fevralın 20-də saat 17:00 radələrində paytaxtın Xətai rayonu ərazisində Bakı şəhər sakini Mayil Məsimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Tarıqulu Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Bakı sakinində 35 kq narkotik vasitə aşkar edilib

21 Fevral 2018 14:18

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Beynəlxalq Bankın filial müdiri məhkəmə zalından həbs edildi

21 Fevral 2018 13:01

"Azəbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxslərinin məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşlarının məhkəməsi davam etdirilib. Onlardan biri "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Şamaxı" filialının müdir müavini olmuş Əlisultan Məmmədovdur. Bankın daha 3 əməkdaşı - Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadov da təqsirləndirilən şəxslərdir. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Qanunsuz zinət əşyaları keçirmək istəyən qadın saxlanıb

21 Fevral 2018 12:53

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Rövşən Lənkəranskinin qatili bilindi

20 Fevral 2018 16:45

Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş “göyərti kralı” Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər.

Türkiyədə ev almaq istəyən bakılıya 241 min atdılar

20 Fevral 2018 16:13

Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb.

Silahı polisə könüllü təhvil verib

20 Fevral 2018 16:00

İmişli şəhər sakini tapdığı odlu silahı və vasitələri polisə təhvil verib. DİN-dən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində İmişli şəhər sakini Muxtar Babaşov tapdığı AKS-74 markalı silahı, 3 ədəd patron darağını və 147 ədəd müxtəlif çaplı patronu könüllü olaraq RPŞ-yə təhvil verib.