Kriminal
Quba sakinində tapança aşkar edilib
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb.
Mədəniyyət şöbəsinin bədii rəhbəri məhkəmə zalında həbs edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Atakişi Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
İran vətəndaşının maşınında narkotik vasitə aşkarlandı
Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Bakı Baş Gömrük İdarəsinin "Xocasən" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi "HOWO" markalı yük avtomobilinə baxış keçirilib.
Sabirabad sakininin evində narkotik aşkar edilib
Evdə gizlədilmiş külli miqdarda narkotik aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Şirkətdən oğurluq edən yaxalanıb
Paytaxtda oğurluq faktının üstü “isti üzlər”lə açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 18-nə keçən gecə DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub. Dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Silsilə oğurluqla məşğul olan şəxslər ifşa ediliblər
Bakının Xəzər rayonunda silsilə oğurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 13-dən fevralın 4-dək olan müddətdə rayon ərazisində 1 mağazadan və 3 evdən qızıl boyunbağı, su mühərriki, ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini Əmrah Əmrahov və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıblar.
Quba sakini tanışını bıçaqlayıb
Fevralın 18-də Quba şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.
İraq Azərbaycan vətəndaşlarını ömürlük HƏBS ETDİ
İraq məhkəməsi Türkiyə və Azərbaycanın on vətəndaşını İŞİD-lə əməkdaşlıq etdiyinə görə ömürlük həbsə məhkum edib. Bu haqda “Al Sumaria” telekanalı bildirib. Türkiyənin bir vətəndaşı isə ölüm cəzasına məhkum olunub.
Piyadanın ölümünə səbəb olan sürücü azadlığa buraxıldı — Məhkəmə qərarı
Lənkəran-Astara avtomobil yolunun Lənkəran rayonu Siyavar kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Rafail Qurbanovun məhkəmə prosesi başa çatıb.
İsmayıllıda yanan ev Ziya Məmmədovun qardaşının olub (YENİLƏNDİ)
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, yanan ev keçmiş nazir Ziya Məmmədovun qardaşı Nəriman Məmmədova məxsusdur. Məlumata görə, ərazidə bir neçə villa olub. Hadisə baş verən villada isə oranı mühafizə edən İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Ruslan Bədirov ailəsi ilə birgə yaşayırdı.
15 evi qarət edən dəstə zərəsizləşdirilib
Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Novruz Salayevin ətrafında aparılan əlavə tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb.
Üç evi qarət edən ələ keçib
Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi fevralın 16-da evdə olmadığı müddətdə mənzilin pəncərəsinin qırıldığını oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib.
Nazir müavininin oğluna 150 min atan bankir şikayət verdi
Zaminbank ASC-də xəzinədar vəzifəsində işləmiş 1972-ci il təvəllüdlü Eldar Salmasi məhkəmə hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsindən verilən məlumata görə, Eldar Salmasi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.














