Beynəlxalq Bankın filial müdiri məhkəmə zalından həbs edildi

"Azəbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxslərinin məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşlarının məhkəməsi davam etdirilib. Onlardan biri "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Şamaxı" filialının müdir müavini olmuş Əlisultan Məmmədovdur. Bankın daha 3 əməkdaşı - Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadov da təqsirləndirilən şəxslərdir. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib. Bildirək ki, dövlət ittihamçısı Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə iclası fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirdilər. Onların barəsində həbs-qətimkan tədbiri seçilməmişdi. Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31