Bakıda əri xəyanət edən qadın iynələri udaraq intihara cəhd edib
21 Fevral 2018 10:12 KriminalHadisə Nəsimi rayonunda baş verib. 1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31