Kriminal

Bakıda tanışların içki məclisində qanlı dava - Təfərrüat

18 Fevral 2018 15:24

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Suraxanı qəsəbəsində 1961-ci il təvəllüdlü Adil Səfərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Məlum olub ki, Adil Səfərov qəsəbə ərazisindəki kafelərdən birində tanışı ilə yeyib-içib. Sərxoş olan tanışlar daha sonra bir-birləri ilə söyüşlə zarafat ediblər.

Telefon oğruları saxlanıldı

17 Fevral 2018 19:28

Bakıda "DTX-nın idarə rəisi"  həbs edildi - FOTO

17 Fevral 2018 17:27

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb. Azərbaycan vətəndaşı Əliyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.

Narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən iki şəxs tutulub

16 Fevral 2018 18:10

Quba sakinlərindən narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir gündə rayon ərazisində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.

AST Telmanla bağlı istintaq yekunlaşdı: Günahkardır

16 Fevral 2018 16:27

Rusiya İstintaq Komitəsi Azərbaycan əsili milyarder, AST Şirkətlər Qrupunun sahibi, hazırda Fransada gizlənən Telman İsmayılov barəsində istintaqı yekunlaşdırıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Rəsmi maaşı 230 manat idi, amma 25 min alırdı”

16 Fevral 2018 16:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib. Xalidə Məmmədova deyib ki, klinikada mama-genekoloq işləyib: "Hazırda Gömrük Xidmətinin hospitalında işləyirəm. Hamilə qadınlar qeydiyyata düşürdü, müayinə olunurdu. Doğuşdan öncə kassaya pul köçürürdü, biz də əməliyyat edirdik. Nə qədər maaş aldığım yadmda deyil. Xəstənin sayından asılı idi. Ödənişin 50 faizi bizə verilirdi. Hər ayın sonunda kassada Nadya xanımdan pulu götürürdüm. Aylıq qazancım 7-12 min manat olurdu”. 

Vətəndaşın pulunu alan soyğunçu tutulub

16 Fevral 2018 16:16

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Zöhrab Ağayev saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakini Xəzər Kərimlinin 480 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Ağayev saxlanıb. Araşdırma aparılır.

Evdən 300 manat aparan yaxalanıb

16 Fevral 2018 16:14

Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də şəhər ərazisindəki evlərin birindən 300 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini Mərhəmət Mustafayev saxlanıb. Araşdırma aparılır.

Evdən qızıl aparan ələ keçib

16 Fevral 2018 16:13

Tərtərdə evlərdən qızıl oğurlayan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən fevralın 15-nə keçən gecə Qaradağlı kəndindəki evlərin birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini Vüsal İbrahimxəlilzadə saxlanıb. Araşdırma aparılır.

Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

16 Fevral 2018 16:12

Bakı şəhər sakini Nicat Məmmədov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 14-də Şamaxı rayon sakini Teymur Əsədovu aldadaraq mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məmmədov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanıb.