Beyləqanda abtomobil toqquşub: ölən və yaralanan var
Beyləqan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakinləri Kənan Mirzəlinin idarə etdiyi “BMW” və Etibar Abdullayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Abdullayev və sərnişini Arif İmrəliyev hadisə yerində ölmüş, K.Mirzəli və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
23 Fevral 2018 16:58 KriminalBeyləqan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakinləri Kənan Mirzəlinin idarə etdiyi "BMW" və Etibar Abdullayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Abdullayev və sərnişini Arif İmrəliyev hadisə yerində ölmüş, K.Mirzəli və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.