Bakı Vağzalında üzərində “Kalaşnikov” avtomatı olan şəxs saxlanıldı - FOTOLAR

  •  
  • A
  •  
 
Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
 
Bu barədə AZXEBER.COM-a daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Belə ki, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman "AKM" markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

 
0
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31