Prokuror sürücüyə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, E. Musayevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
27 Fevral 2018 13:43 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, E. Musayevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 7-də davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin mayın 25-də Qaradağ rayonunda Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi "VAZ-2107", Azər Hüseynovun idarə etdiyi "MAZ" və Mehrab Musayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə E. Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən R. Paşayev orada ölüb.
Onu da qeyd edək ki, zərərçəkmiş A. Hüseynovun idarə etdiyi "MAZ" markalı avtomobil Müdafiə Nazirliyinin N saylı hərbçilərini daşıyırmış. Apa.az