Avtomobili qaçıran saxlanıb

Avtomobil qaçırmaqda şübhəli bilinən Biləsuvar sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 26-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Xırdalan şəhər sakini Ehtiram Vəliyev ilə sərnişini arasında mübahisə baş verib. Bu zaman sərnişin ona məxsus “Daewoo” markalı avtomobili qaçırıb.

Avtomobil qaçırmaqda şübhəli bilinən Biləsuvar sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 26-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Xırdalan şəhər sakini Ehtiram Vəliyev ilə sərnişini arasında mübahisə baş verib. Bu zaman sərnişin ona məxsus "Daewoo" markalı avtomobili qaçırıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əliyev həmin gün Azadlıq prospektində avtomobillə birgə saxlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31