Ağstafa sakinini güllələyən tutulub
Ağstafa şəhər sakini Rauf Niyazova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıb.
28 Fevral 2018 16:51 KriminalAğstafa şəhər sakini Rauf Niyazova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən rayon sakini Rauf Niyazov bud nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib. Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tural Qurbanov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı "İJ-12" markalı tüfəng aşkar edilərək götürülüb. RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31