Oğruların digər əməlləri ifşa edildi

Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Ələkbər Ələkbərovun və Fərhad Cəfərovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 6-dan fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Ələkbər Ələkbərovun və Fərhad Cəfərovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 6-dan fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilib. Oğurluq etdiyinə görə tutulmuş Rəvan Abdullayevin 3 evdən, 3 avtomobildən, 1 mağazadan, 1 sexdən və 1 tikinti sahəsindən oğurluq etdiyi də müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31