Kriminal
MTN-in sabiq şöbə rəisinin cəzası 12 ildən 5 ilə endirilib
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət qismən təmin olunub. Onun cəzası 5 ilə endirilib.
Ağstafa sakinini güllələyən tutulub
Ağstafa şəhər sakini Rauf Niyazova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıb.
İrandan narkotik gətirilməsinin qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.
Qadına qızıllarını satdırdı, axırda... - Çılpaq şəkillə şantaj
Bakıda qadını şantaj etməkdə təqsirli bilinən Ağcabədi rayon sakini Rakif Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Avtomat satan şəxs tutuldu
Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən (DİN) “Olaylar”a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb.
Bakıda silahlı şəxs saxlanılıb
Sabunçu rayonunda üzərlərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Xudatda ev sahibi qonağını öldürdü
Xudatda həmyerlisini öldürməkdə təqsirli bilinən Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Bakıda 4 milyonu ələ keçirən dələduza iş kəsildi
Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum etməkdə və dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Çingiz Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Tələbəni döyə-döyə öldürən şəxs özünü təqsirli bilmədi
Bakıda qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirilən təqsirləndirilən Rəşad Həsənov özünü təqsirli bilməyib. Digər təqsirləndirilən Aftandil Məmmədov isə qismən özünü təqsirli bilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Ülkər Yusifova işlə tanış olmadığı deyib. Bunun üçün məhkəmədən vaxt istəyib.
Oğruların digər əməlləri ifşa edildi
Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Ələkbər Ələkbərovun və Fərhad Cəfərovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 6-dan fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Azərbaycanda 24 qanunsuz miqrant saxlanılıb
Dövlət Miqrasiya Xidmətinin (DMX) keçirdiyi tədbirlər zamanı 16 nəfər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi saxlanılıb.
Özünü qatilin həyətində asdı
Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərovanı qətlə yetirmiş Qorxmaz Bağırov evinin həyətində özünü asıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb. Araşdırma aparılır.
Oğlu tərəfindən döyülən ana dünyasını dəyişib
Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döyüb.
Avtomobili qaçıran saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən Biləsuvar sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 26-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Xırdalan şəhər sakini Ehtiram Vəliyev ilə sərnişini arasında mübahisə baş verib. Bu zaman sərnişin ona məxsus “Daewoo” markalı avtomobili qaçırıb.
Ev sahibini bıçaqla hədələyənlər tutulublar
Gəncədə vətəndaşlara hədə-qorxu gələn şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 26-da Nizami (Gəncə) rayonunun Avtozavod qəsəbəsində kirayədə yaşayan Mingəçevir şəhər sakini Bəhruz Mikayıllının evinə girmiş 2 nəfər naməlum şəxs B.Mikayıllının qayıtdığını və qonşularını gördükdə onları tapançaya bənzər əşya və bıçaqla hədələyib.














