Evlərə qənim kəsilən şəxslər yaxalanıblar

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə fevralın 20-də rayon ərazisindəki evlərin birindən 1000 manat və televizor oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Qurbanov və Rəşad Hümbətov saxlanılıb.

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə fevralın 20-də rayon ərazisindəki evlərin birindən 1000 manat və televizor oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Qurbanov və Rəşad Hümbətov saxlanılıb. Həmçinin Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Aytən Allahverdiyeva, Şaiq Hacıyev, Goranboy rayon sakini Elxan Yaqubov və Tərtər rayon sakini Adil Nuruyev saxlanılıb. Hər iki fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31