Bakıda tanınmış travmatoloqu maşın vuraraq öldürdü - (YENİLƏNDİ)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur. N.İsmayılov uzun müddət idi ki, sözügedən institutda həkim kimi fəaliyyət göstərirdi. ***

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

N.İsmayılov uzun müddət idi ki, sözügedən institutda həkim kimi fəaliyyət göstərirdi.

***

Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən "Nissan X-Trail" markalı minik avtomobili tərəfindən vurulub.

Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31