Kriminal
Bakıda tanınmış travmatoloqu maşın vuraraq öldürdü - (YENİLƏNDİ)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur. N.İsmayılov uzun müddət idi ki, sözügedən institutda həkim kimi fəaliyyət göstərirdi. ***
İşçiləri əmək müqaviləsi olmadan işlədən tikinti şirkətləri barəsində cinayət işi başlanıb
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub
Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal və Səbail rayon Polis İdarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisindəki evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub.
Azərbaycanlı qadın getdiyi ölkədən uşaq oğurlayıb Bakıya qaçdı - VİDEO
Evlərə qənim kəsilən şəxslər yaxalanıblar
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə fevralın 20-də rayon ərazisindəki evlərin birindən 1000 manat və televizor oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Qurbanov və Rəşad Hümbətov saxlanılıb.
Keçmiş məhkumun əlləri qandallandı
Silsilə oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Zöhrab Zeynalzadəyə məxsus “Ford” markalı avtomobildən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əlisgəndərov saxlanılıb.
Oğrunun digər əməlləri də ifşa edilib
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini tutulub. DİN-dən “Olaylar2a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən fevralın 24-27-də rayon ərazisindəki 2 mağazadan 2560 manat, mobil telefon, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Səmədov, Tünzalə Hüseynova və Əlzaman İdrisov saxlanılıb.V.Səmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 16-da Rahil Musayevin 800 manatını oğurlaması da müəyyən edilib.
Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi
Vəkili generala bəraət istədi -
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Şirvanda silahlı dəstə üzvləri tutulub
Odlu silahla törədilən xuliqanlıq cinayətlərinin üstünün açılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-dən verilən məlumata görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Taleh Bağırov barədə qərarı Ali Məhkəmə qüvvədə saxladı
“Müsəlman Birliyi" təşkilatının rəhbəri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın daha 9 üzvü məhkəmə qərarından kasasiya şikayəti verib.
İntihar edən polkovnikin bütün əmlakı müsadirə edilir - etiraz
Azərbaycanda dəhşətli hadisə - doğma anasını pula görə küçədə bıçaqladı
Gəncədə qorxunc dəstənin 3 üzvü də tutuldu - Biri qadındır
Gəncə şəhərində soyğunçuluq, quldurluq və oğurluq cinayətləri törədən mütəşəkkil dəstənin daha bir neçə üzvü müəyyən edilib. Həbs edilmiş Elxan Yaqubov və Adil Nuriyevin ətrafında istintaq hərəkətləri davam etdirilib.














