Respublika Narkoloji Mərkəzində baş verən yanğından son görüntülər - FOTOLAR
2 Mart 2018 10:03 KriminalBakıda güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib. Hadisə yerinə 10-dək yanğınsöndürən və 20-ə yaxın təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Son məlumatlara görə, Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.
Hadisə yerində olan əməkdaşımızın son verdiyi məlumata görə, yanğın söndürülüb, ərazidə heç bir tüstülənmə yoxdur.
Hadisə yerindən son görüntüləri təqdim edirik:









Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31