Kriminal

Oğuruluq heyvan satanlar tutulublar

2 Mart 2018 17:10

Sumqayıt polisi oğurluq heyvan satan şəxsləri ifşa edib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, martın 1-də 2 şəxs Sumqayıt şəhərində 2 dananı satmaq istəyərkən özlərini şübhəli apardıqlarından ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etmiş və onlar saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

8 evi qarət edən şəxs ələ keçib

2 Mart 2018 17:09

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-dən 17-dək olan müddətdə şəhər ərazisindəki 8 evdən pul, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Abdullayev saxlanılıb.

Qadının pulunu zorla alanlar yaxalanıblar

2 Mart 2018 17:08

Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanıblar. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, martın 1-də saat 4 radələrində Binəqədi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Zahidə Nadirovaya zor tətbiq edərək 20 manatını alıb.

Avtomobili qaçıran tutulub

2 Mart 2018 17:07

Avtomobil qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini Rövşən Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən fevralın 12-də Nizami Rufullayevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Rövşən Kərimov saxlanılıb. Aparılmış araşdırmalarla R.Kərimovun qeyd edilən avtomobilin hissələrini sökərək satması müəyyən edilib.

Arif Əsgərovun oğlu məhkəmədə ifadə verib: "Atamın adından sui-istifadə edilib"

2 Mart 2018 15:57

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışan Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.

Evdən 12 min manat aparan saxlanıb

2 Mart 2018 13:32

Astarada evdən 12 min dollar oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 28-də rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Astara şəhər sakinləri Kənan Bayramlı və Kənan Novruzov saxlanılıblar.

Avtobus vuran piyada hadisə yerində ölüb

2 Mart 2018 13:09

Bakıda avtobus piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 1-də saat 10 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qasım Abdullayev idarə etdiyi “Iveco” markalı avtobusla yolu keçən paytaxt sakini Həqiqət Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.