"Bandotdel" əməliyyat keçirdi: silah-sursat götürüldü

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs -  Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd "TOZ" 8 markalı tüfəng, 1 ədəd kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi, ona aid 7 ədəd patron və 1 ədəd içərisində 6 ədəd patron olan "Revolver" tipli tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. AZXEBER.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31