Kriminal
Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 7 nəfər sərhəddə tutulub
Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən xaricdə münaqişə zonalarında döyüşən 5 nəfər saxlanılıb, 2 nəfər əcnəbi isə beynəlxalq öhdəliklərə əsasən, tərəfdaş dövlətə təhvil verilib. Məlumata görə, bu,Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatında əksini tapıb.
Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər saxlanılıb
Ötən il Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər tutulub. Məlumata görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Avtomobil vuran piyada hadisə yerində ölüb
Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 4-də saat 6 radələrində Səbail rayonunun Badamdar şossesində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azər Davidov vurulmuş və nəticədə o, hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Evdən 700 manat aparan ələ keçib
Oğurluqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 3-də Bərdə rayonunun Cəyirli kəndindəki evlərin birindən 700 manat oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən Dağlar Kərimov Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Maşından noutbuk oğurlayan saxlanıb
Avtomobillərdən noutbuk oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 11-də və 22-də Bakı şəhər sakinləri Rasim Xəlilova məxsus “Hyundai” və Fuad Xalxaliyə məxsus “TOFAŞ” markalı avtomobillərdən noutbuk oğurlanıb. Oğurluqda şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Şantajla məşğul olan dəstə saxlanıb
Ağsu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ramazan Kərimov, Vurgun İdayətov və Mehdi Umudov saxlanılıblar. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, saxlanılan şəxslər martın 3-də C.Şahbazova və Ə.Həmidova hədə-qorxu gəlib barələrində rüsvayedici məlumatlar yayacağı adı ilə pul tələb etməkdə şübhəli bilinirlər. Araşdırma aparılır.
Baş leytenant 4 il azadlıqdan məhrum edildi
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Nicat Əliyev dörd il azadlıqdan məhrum edilib. “Olaylar” xəbər verir ki, martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.
“Elektrik” evdən 4 min manat aparıb
Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib. Bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verərək bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.
"Bandotdel" əməliyyat keçirdi: silah-sursat götürüldü
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.
Sumqayıtda DƏHŞƏTLİ ailə faciəsi: 6 nəfər boğularaq öldü
Lotu Quli öldürüldü? - Açıqlama
Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qətlinin görüntüsüdür. Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində Lotu Quli qətlə yetirilib.














