Kriminal

Bakıda aptek sahibi məhkəmə zalında həbs edildi

6 Mart 2018 16:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Külli miqdarda malların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

6 Mart 2018 16:11

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar.

Şahmat məktəbindən 10 kompüter oğurlanıb

6 Mart 2018 16:07

Oğurluqda şübhəli bilinən Zərdab rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 5-nə keçən gecə Zərdab rayonundakı Şahmat məktəbinin anbarından 10 ədəd kompyuter oğurlanıb. Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Emil Qasımov saxlanılıb.

Bərdədə soyğunçuluqla məşğul olan şəxs saxlanıb

6 Mart 2018 16:07

Soyğunçuluqda şübhəli bilinən Bərdə rayon kənd sakini yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 1-də Bərdə rayon sakini Musa Qurbanovun 180 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Güloğlular kənd sakini Eldəniz İsayev Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

100 kq mis oğurlayan ələ keçib

6 Mart 2018 16:02

Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Elnur Hümbətova məxsus sexdən 100 kiloqram mis oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ceyhun Əliyev saxlanılıb. Araşdırma aparılır.

Evdən 17 min manat pul oğurlayan qadın saxlanıb

6 Mart 2018 15:27

Ağstafa rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 15 572 manat və 800 ABŞ dolları oğurlanıb.

Yevlaxda qadın özünü Kürə atıb

6 Mart 2018 15:27

Yevlax rayonunda qadın intihara cəhd edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, martın 5-də saat 6 radələrində Yevlax şəhəri ərazisindəki körpüdən bir qadın özünü Kür çayına atıb.Dərhal qadın həmin ərazidə xidmət aparan Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən xilas edilib və RPŞ-yə təhvil verilib.

Azərbaycanda hakim döyüldü

6 Mart 2018 14:33

Pirotexniki vasitə aşkar olunub

5 Mart 2018 15:58

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Səddam Hüseynin qızı İraqı məhkəməyə verəcək - Mal-mülk davası...

5 Mart 2018 15:50

Səddam Hüseynin əmlakının müsadirə olunması ilə üz-üzə qalan böyük qızı Raqad İraq hakimiyyətini məhkəməyə verəcəyini bəyan edib. Məlumata görə, o, maraqlarının müdafiəsi üçün beynəlxalq məhkəməyə müraciət edəcəyini və avropalı vəkillərin köməyindən istifadə edəcəyini vurğulayıb.

Bakıda məşhur gecə klubunda qızı döydülər

5 Mart 2018 15:36

Bakıda gecə klubunda insident yaşanıb. Hadisə martın 5-i saat 04:30 radələrində baş verib. "Tarqovı”da yerləşən "Troya” gecə klubunda əylənən 1995-ci il təvəllüdlü V. C-nı Osman adlı oğlan döyərək xəsarər yetirib.