Polkovnik qız istəyən gənci döyüb - Kapitanla birgə
7 Mart 2018 13:46 KriminalCəlilabad rayonunda 21 yaşlı gəncin yüksək vəzifəli şəxslər tərəfindən döyüldüyü ilə bağlı xəbər yayılıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı və fotoları döyülən şəxsin yaxınları sosial şəbəkədə paylaşıb. Xəbərə görə, zərərçəkən Yusif Quliyev rayonun polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad Fövqalada Hallarin Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik-leytenant Şahin Cəfərov tərəfindən fiziki işgəncəyə məruz qalıb.
Gəncin döyülməsinə səbəb isə polis kapitanının qardaşı qızını sevməsi olub. Belə ki, gənc bir neçə gün öncə sevdiyi qıza elçi göndərib. Polis kapitani və FHN rəisi də bu səbəbdən gənci döyüb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
FHN və DİN-in mətbuat xidmətlərindən heç bir açıqlama almaq mümkün olmayıb. Baş Prokurorluğun mətbuat xidməti isə telefon zənglərinə cavab verməyib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev isə Unikal.org-a bildirib ki, həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil, onun qardaşı Əfqan Bağırov olub: "Məsələ ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".