Kriminal

Sabiq MTN polkovniki ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib

9 Mart 2018 13:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə bu məhkəmə iclası davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə V. Güləliyev dəymiş ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.

Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşları tutulub

9 Mart 2018 13:32

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub.

Çay evində qumarxana aşkarlanıb

9 Mart 2018 13:08

Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçmiş məhkumda 7 kq narkotik vasitə aşkarlanıb

9 Mart 2018 12:20

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.

Xırdalanda şadlıq sarayından musiqi avadanlığı oğurlandı

7 Mart 2018 17:35

Abşeron rayonunda şadlıq sarayından oğurluq olub. Hadisə rayonun Xırdalan şəhərində yerləşən “Səmayə” şadlıq sarayında qeydə alınıb. Şadlıq sarayından İlqar Cəfərova məxsus dəyəri 3500 manat olan musiqi avadanlıqları və səsgücləndiricilər oğurlanıb.

Külli miqdarda aksiz markasız siqaret və araq aşkar edilib

7 Mart 2018 15:00

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Şərab evi" adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

6 avtomobildən oğurluq edənin əlləri qandallanıb

7 Mart 2018 14:58

Avtomobillərə qənim kəsilən Bakı şəhər sakini ələ keçib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Hacıyev saxlanılıb.

Cəllabad sakinini çəkiclə qətlə yetirən yaxalanıb

7 Mart 2018 14:57

Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində tapılıb.

Avtomobillə piyadanı vurub qaçan qadın saxlanıb

7 Mart 2018 14:56

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Sərhad Şahpələngovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Cəmilə Həsənova saxlanılıb. Araşdırma aparılır.

Avtomobil vuran piyada hadisə yerində ölüb

7 Mart 2018 14:55

Qazax rayonunun İkinci Şıxlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a veriln məlumata görə, martın 7-də saat 1 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndində rayon sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurub.

Məhkəmə AzTV sədrinin 4,5 milyon manatlıq iddiasını icraata qəbul edib

7 Mart 2018 12:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Azərbaycanda adam öldürmüş şəxs ölkədən qaçarkən tutuldu

6 Mart 2018 17:51

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə  axtarışda  olan şəxslərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir. DSX xəbər verir ki, 2018-ci ilin 5 mart tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində  axtarış elan  olunmuş 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı  Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xid­mətinin əməkdaşları tərəfindən saxlanılaraq DİN Tovuz rayon polis şöbəsinə təhvil verilib.